"Electronic Arts" Benjamen Mendini "FİFA 2022" oyunundan kənarlaşdırıb.

Unikal.org xəbər verir ki, "Mançester Siti"nin adıçəkilən futbolçusu zorlama ittihamlarına görə hazırda futboldan uzaqlaşdırılıb.

Kibersport mütəxəssisləri Mendini bu səbəbdən komandaların heyətindən çıxarıblar. Lakin "Ultimate Team"də hələ ki Benjamenin kartından istifadə etmək mümkündür.

Xatırladaq ki, fransız futbolçu avqustun 26-da 4 zorlama faktı ilə bağlı ittihamlara görə həbs olunub. 27 yaşlı Mendinin azı gələn il yanvarın 24-nə təyin olunan növbəti məhkəmə iclasınadək həbsdə qalacağı da istisna edilməyib. 

Ağarza Elçinoğlu