Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Unikal.org-a bildirib ki, hadisə bu gün 10:40 radələrində qeydə alınıb.

"Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99 RU 659 DQN “avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili svetaforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsinin avtobusun sürücü yerləşən hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb".

Gülayə  Mecid