Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının rəhbər şəxslərindən olan Engin Karaaslanı zərərsizləşdirib.

Unikal.org  bu barədə “Hurriyet”ə istinadən məlumat verir.

“İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olan “Haydar Varto” kod adlı Engin Karaaslan Suriyanın Kamışlı bölgəsində əməliyyat zamanı məhv edilib.

O, 1980-ci illərdə PKK-ya qatılıb, 2000-ci illərdə terror təşkilatının Ermənistan üzrə nümayəndəsi olub.