Sabahdan etibarən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

- Zabrat qəs. Nərimanov 23

- Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)

- Sadiq Cəfərov 26, Zabrat

- Babək 336, Zabrat

- Oktyabr küç. Zabrat

- Sabunçu qəs. Şəhər şosesi