Ermənistanda son sutka ərzində daha 772 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 259 779 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 13 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5277-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1205 nəfərdir. Aktiv xəstələrin sayı 12 567 nəfər təşkil edir.