Kanadanın Ontario ştatının Sadberi şəhəri yaxınlığındakı “Totten Mine” mədənində 39 nəfər dağıntılar altında qalıb.

Unikal.org xəbər verir ki, bu barədə yerli “CTV” kanalı məlumat yayıb.

Hadisənin neçə saat əvvəl baş verdiyi məlum deyil. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, sözügedən mədən 2014 -cü ildən fəaliyyət göstərir. Burada təxminən 200 nəfərin çalışdığı bildirilir.