Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə nümayəndələrinin Kabil hava limanında olmadığını bildirib.

Unikal.org "CBS" telekanalına istinadən xəbər verir ki, Türkiyə lideri hazırda "Taliban"la heç bir razılığa gəlinən məqam yoxdur:

"Bu barədə danışmağın mənası yoxdur, çünki hazırda hava limanında deyilik", - deyə Ərdoğan qeyd edib. 

Onun sözlərinə görə, Türkiyə və Əfqanıstanı tarixi əlaqələr bağlayır və Ankara həmişə Kabili dəstəkləyib, "yol verilmiş səhvlər" səbəbindən Türkiyə ordusu və vətəndaşları bu ölkədən təxliyə edilib.

"Əfqanıstanda hökumət inklüziv deyil, bütün fərqli fraksiyaları əhatə etmir. Bu, sual olaraq qaldığı müddətcə Əfqanıstanda olmayacağıq", - deyə Ərdoğan hava limanının idarə edilməsində Türkiyənin Əfqanıstana kömək edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.