Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki, Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının - Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərinin Şuşaya girməsini özündə əks etdirən fotonu "Facebook" profilindən paylaşıb.

Qeyd edək ki, Prezidentin sərəncamına əsasən, 27 sentyabr ölkədə Vətən müharibəsi şəhidlərinin anım günü kimi qeyd ediləcək.

Şəhidlərin əziz ruhu günorta saat 12-də 1 dəqiqəlik sükutla yad ediləcək. Səhər saatlarından günortaya qədər bəzi yollar təhlükəsizliyin təmin edilməsi məqsədilə bağlanacaq.