İki günlük körpənin diri-diri basdırılması barədə yeni faktlar ortaya çıxıb.

Unikal.org xarixi KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar uşağın anası və nənəsi saxlanılıb. Qadın ifadəsində bildirib ki, uşaq gizli münasibətin məhsuludur, bu səbəbdən ondan qurtulmağa çalışıb.

"Ərim həbsxanadadır, ona xəyanət etmişdim, hamilə qaldım, anamla birlikdə bu planı fikirləşdik".

Qeyd edək ki, şəhid məzarını ziyarət üçün qəbirstanlığa gedən məktəblilərin uşaq səsi eşitməsi nəticəsində tapılan körpə vaxtında xilas edilib, vəziyyəti normaldır.