Ötən gün 27 Sentyabr - Anım gününə "Zəfər günü", 44 günlük II Qarabağ müharibəsinə isə "24 günlük" müharibə deyən xanım derektorun kimliyi üzə çıxıb.

Unikal.org xəbər verir ki, iki gündür sosial şəbəkələrdə ciddi tənqid edilən şəxsin Binəqədi rayonu E.Sultanov adına 217 N-li tam orta məktəbin direktoru Bənövşə Cəfərova olduğu məlum olub. 

Bildirilib ki, 1950-ci il təvəllüdlü Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır. /Bizimxeber.az