“Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır”.

Unikal.org xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

“Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”, - Paşinyan bildirib.