2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib.