Koronavirusa qarşı iksir icad etdiyini iddia edən Şri-Lanka vətəndaşı Eliyanta Vayt koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, 48 yaşlı Vaytın hazırladığı iksiri tərifləyən keçmiş səhiyyə naziri də koronavirusa yoluxaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Vayt Şri-Lankanın Baş naziri Mahinda Rajapaksa və ölkənin bir çox məşhurlarını müalicə etdikdən sonra şöhrət qazanmışdı. 

Həkimlər isə onun müalicə üsullarını şübhəli hesab edirdilər.

Ağarza Elçinoğlu