Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən çətin vəziyyətlə üzləş 19 nəfərdən ibarət alpinist qrupunun 1 üzvü həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

5400 metr yüksəklikdə olan alpinistlər rabitə əlaqəsinə çıxaraq kömək istəyiblər.

Yüksəklikdə küləyin sürəti 40 m/s olub. Temperatur -20 dərəcəyə düşüb.

Dərhal xilasedici qrupu əraziyə cəlb edilib. Axtarış zamanı tapılan 4 nəfərdən birinin öldüyü bildirilib.

İlkin məlumata görə, qrup üzvlərindən bir nəfər ayağından zədə alıb.