İranlı xilasedicilər Mehri rayonunda meşə yanğınlarının söndürülməsində erməni həmkarlarına yardım edib.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, Mehri gömrük məntəqəsi İranın Şərqi Azərbaycan əyalətinin gömrük məntəqəsinə meşə yanğınlarının söndürülməsinə kömək üçün müraciət edib.

“İranın yanğınsöndürmə xidməti erməni tərəfinin xahişinə dərhal reaksiya verərək, hadisə yerinə heyət göndərib. İranlı yanğınsöndürənlər yanğının söndürülməsində erməni həmkarlarına yardım göstərib”, - deyə məlumatda bildirilir.