İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Unikal.org "OptaJose" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Malyorka"nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Benzema 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə verib ki, bu da XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. O, bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Qeyd edək ki, "Real Madrid" 16 xalla turnir cədvəlinə başçılıq edir.