İtaliya A Seriyasında "Fiorentina" və "İnter" komandaları arasında keçirilmiş V tur oyunundan sonra azarkeşlər arasında dava düşüb.

Unikal.org-un məlumatına görə, digər fanatlar evə qayıdarkən, iki qrup azarkeş Florensiyadakı stadionun yaxınlığında küçədə dava edib.

Qeyd edək ki, qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.