Türkiyəli  məşhur  aktyor Selçuk Yöntem "Bambi cafe" adlı yerdə tost yeyərkən fotosu çəkilərək icazəsiz kafenin reklamında istifadə olunub.

Unikal.org xəbər verir ki,  aktyor bununla bağlı məhkəməyə müraciət edib. S.Yöntemin təzminat davası məhkəmə tərəfindən təmin edilib.

Sözügedən kafenin sahibi aktyora 100 min maddi və 50 min isə mənəvi olmaqla ümumilikdə 150 min lirə (təxminən 29 min 439 manat) təzminat ödəyəcək.