Prokurorluq Qazax sakininin minaya düşərək ölməsi barədə məlumat yayıb.

Rayon prokurorluğundan Unikal.org-a daxil olan məlumatda deyilir:

"22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölmüşdür.

Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir".

***

13:36

Qazax rayon Xanlıqlar kənd sakini, 1988 Mərdanov Məmməd rayonun Bala cəfərli kəndində minaya düşərək ölüb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.