“WhatsApp”da müəyyən məsajlardan şikayət etmək mümkün olacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər bir və ya bir neçə ismarıcı seçərək yoxlamaq üçün “WhatsApp”a yollayacaq. Messencer məsajın müəlifini xəbərdar etməyəcək və onu bloklamaq imkanı verəcək. Funksiya həm iki nəfər arasında şəxsi həm də qrup yazışmaları üçün aktiv olacaq.

Xatırladaq ki, hazırda “WhatsApp” müəyyən istifadəçilərdən şikayət etməyə icazə verir. Messencerin moderatorlarına yazışmadan son beş ismarıc göndərilir. Bu, yazışmanın kontekstini müəyyən etmək üçün edilir.