Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun 288 min avrosu (təxminən 574 min manat) dələduzluq yolu ilə ələ keçirilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, turizm agentliyində çalışan xanımlardan biri 2007-ci ildən 2010-cu ilə qədər futbolçunun adına 200-dən çox səyahət sifariş edib. Ronaldonun isə bu səyahətlərdən xəbəri olmayıb.

O, idmançının bank kartından istifadə edərək 288 min avrosunu mənimsəyib.

Dələduzun qurbanı yalnız Ronaldo olmayıb. O, eyni yolla idman agenti Jorge Mendeşdən, futbolçular Nani və Manuel Fernandeşdən 350 000 avrodan (təxminən 698 min manat) çox pul oğurlayıb.