Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.  

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bakının Nəsimi rayonu, 167 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevinc İsmayılova bu bəlanın qurbanı olub.

Qeyd edək ki, son günlər koronavirusdan vəfat edən müəllimlərin sayı artıb.