İspaniyanın La Palma adasında bir neçə gün əvvəl baş verən vulkan püskürməsinin vurduğu maddi ziyanın məbləği açıqlanıb.

Unikal.org xəbər verir ki, "Old Peak" vulkanı ölkəyə 400 milyard ABŞ dollarından çox zərər yetirib. 

Bu barədə danışan Kanar adaları muxtar əyalətinin hökumət başçısı Anxel Viktor Torres deyib ki, ada hazırda fəlakət zonası elan olunub. İki gün sonra İspaniya kralı 6-cı Filippiin bölgəyə baş çəkməsi gözlənilir.

Qeyd olunub ki, hazırda vulkanın püskürdüyü lava kütləsi saatda 200 kilometr sürətlə sahilə doğru irəliləyir.

Xatırladaq ki, Palma adasında vulkan psükürməsi sentyabrın 19-da başlayıb. Hadisə nəticəsinə bölgədə 150-dən çox ev dağılıb, 6 minə yaxın sakin təxliyə olunub.

Ağarza Elçinoğlu