Sabah Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Unikal.org-a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, təsdiqlənmiş plana və təlimata uyğun olaraq şəhəriəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.