Manisanın Kula rayonunda 3 ay əvvəl anasını itirən gənc qadın birlikdə yaşadığı atasının boğazını kəsib.

Unikal.org xəbər verir ki, sözügedən şəxs bacısı ilə polis bölməsinə gedib atasını öldürdüyünü etiraf edərək jandarmaya təslim olub. 

Əldə edilən məlumata görə, atası Recep Akkoyun ilə mübahisə edən 36 yaşlı Sultan Coşkun səhər saatlarında evdə heç kim olmadığı zaman atasının boğazını kəsib. Hadisə nəticəsində zərərçəkən şəxs xəsarət aldığı yerdəcə ölüb. 

Digər tərəfdən, psixoloji problemləri olduğu öyrənilən 36 yaşlı cinayət şübhəlisinin  bacısı Selma Akkoyun hadisənin necə baş verdiyini deyib:

"Evdə deyildim. Bacım yanıma gəldi və dedi ki, "Atamı bıçaqladım, get gör ölübmü? Ölü deyilsə təcili yardım çağırın". 

Ağarza Elçinoğlu