Sudanın paytaxtı Xartumda çevrilişə cəhd edilib.

Unikal.org  xəbər verir ki, bu barədə Sudan dövlət televiziyası məlumat yayıb.

Sudan Suverenlik Şurasının sözçüsü vəziyyətin nəzarət altında olduğunu, xalqı ölkədəki keçid prosesini qorumağa və çevrilişə qarşı olmağa çağırıb.

Çevrilişə cəhd edən 40 zabitin saxlanıldığı bildirilir.