ABŞ Prezidenti Co Bayden BMT-nin baş  katibi  Antonio Quterreşlə görüşüb.  

Unikal.org xəbər verir ki,  BMT Baş Assambleyasının 76-cı iclası üçün Nyu-Yorka gələn Antonio ilə  Bayden jurnalistlərin qarşısına çıxıb.  

ABŞ  rəhbəri  Quterreşə  epidemiyadakı liderliyi üçün təşəkkür edib. Bayden həmçinin də, "Amerika geri döndü. Biz BMT-yə və dəyərlərinə inanırıq",- deyərək, öz minnətdarlığını  bildirib. 

Qeyde dək ki, Bayden bu gün prezidentliyi dövründə BMT Baş Assambleyasında ilk çıxışını edəcək.

 Gülayə  Mecid