Gürcüstanda son sutkada koronavirusa 2 470 yeni yoluxma faktı qeydə alınıb, 2 243 nəfər müalicə olunaraq sağalıb, 46 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 598 396 nəfərdə aşkarlanıb. Onların 565 773-ü sağalıb, 8 621-i dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 23 976 nəfər təşkil edir.