Yaponiyanın Səhiyyə Nazirliyi yeni növ koronavirusun (COVID-19) variantlarına qarşı mübarizə aparmaq üçün peyvəndin üçüncü dozasının tətbiq edilməsini müzakirə edib.

Unikal.org xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Nazirlik ikinci dozadan altı ay sonra COVID-19 əleyhinə yaranan antitellərin azaldığını və vaksinin “Delta” da daxil olmaqla müxtəlif variantlara qarşı təsirini itirdiyini iddia edib.

Peyvənd istehsalçılarının 3-cü dozun zəruriliyi ilə bağlı çağırışlarını nəzərə alaraq, hökumət bu dozanın vurulmasına qərar verib.