Azərbaycanda son sutkada koronavirus əleyhinə 1025 vaksin vurulub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə 615 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 7 977 574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 842, ikinci mərhələ üzrə isə 3 357 732 nəfər təşkil edir.