"Son həftələr koronavirusa yoluxan gənc insanların vəziyyətinin daha tez ağırlaşması müşahidə olunur".

Unikal.org-un məlumatına görə, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, hazırda ölkədə koronavirusun “Delta” variantı yayılmaqda davam edir:

""Delta" variantına yoluxan zaman gənclərdə yüksək hərarət davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Kompüter tomoqrafiyası (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir.”