ABŞ-da sevgilisi ilə birlikdə  səyahətə çıxan gənc qızın cəsədi  tapılıb. 

Unikal.org xəbər verir ki,  bir  müddət  əvvəl  səyahətə  çıxan Petito adlı  gənc qız anidən yoxa çıxıb.  Belə ki, qızın sevgilisi Brian Laundrie Petitonun yoxa çıxmasından sonra  evlərinə qayıdıb. O,  qızın öz evlərinə  getdiyini  düşünərək,  Petito ilə əlaqə  qurmayıb. 

Lakin  qızın ailəsi  Briana Petitonun itkin düşdüyünü deyib. Bundan sonra gənc sevgilisinin axtarışına başlayıb. Axtarışa polis və  FTB qüvvələri cəlb olunub.  Aylardır  "İtkin qız" adı  ilə axtarışda olan Petitonun meşəlik ərazidə  cəsədi  tapılıb. 

Polis qızın sevgilisini nəzarətə  alıb.  Gənc qızın ölümü ilə bağlı araşdırma başlanılıb.