Ağdaş rayonunda 13 yaşlı yeniyetməni avtomobil vurub

Unikal.org xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Çələbiyeva Arzu Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.