ABŞ-ın Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya urğayıb.

Unikal.org xəbər verir ki, bu barədə Fort-Uort şəhərinin yanğınsöndürmə idarəsinin "Twitter"dəki səhifəsində bildirilib.

Məlumata görə, hadisə Texas ştatında olub. Qeyd edilib ki, təyyarə yaşayış məntəqəsinə, evin üstünə düşüb. Qəza zamanı evdə olan iki nəfər (bəzi mənbələrə görə, üç nəfər) xəsarət alıb. 

Yaralılar xəstəxanaya çatdırılıb.