BMT-nin baş katibi Antonio Quterreş ABŞ və Çin arasında kəskinləşən fikir ayrılığının dünya üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib və yeni soyuq müharibədən qaçmağa çağırıb.

Unikal.org "CNN"ə istinadən xəbər verir ki, o, bunu müsahibəsi zamanı deyib.

"Hesab edirəm ki, biz tam qarşıdurmada olan iki ölkəyə tərəf irəliləyirik və yaranan vəziyyət dünya üçün təhlükəlidir", - deyə BMT-nin baş katibi bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının ikiləşməsi və münaqişə edən hərbi doktrinaların meydana gəlməsi ehtimalından tutmuş, süni intellektin inkişafının müxtəlif strategiyalarına qədər çoxlu risklər var:

"Mən hesab edirəm ki, yeni soyuq müharibədən qaçmaq lazımdır, çünki köhnə soyuq müharibəni idarə etmək asan idi. İndi hər şey mürəkkəbdir", - deyə Quterreş əlavə edib.