İranda ötən sutka 391 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 117 182 nəfərə çatıb.

Ötən sutka daha 15 975 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 424 835 nəfərə yüksəlib.