Ermənistanın Kotayk vilayətinin iki sakini Gorus-Qafan yolunda itkin düşüb.

Unikal.org xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti həmin şəxslərin Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yoxa çıxdığını iddia edib.

Hadisə barədə məlumatın sentyabrın 18-i saat 21:00 radələrində daxil olduğu bildirilib.

Qeyd edilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə itən ermənilərin yerinin müəyyənləşdirilməsi üçün tədbirlər görür.