Gürcüstanda son sutkada koronavirusa 1 501 yeni yoluxma halı təsdiqlənib, 1 954 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə indiyədək 595 264 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən edilib. Onların 559 996-sı sağalıb, 8 541-i ölüb.

Bu günə olan aktiv xəstə sayı 26 701 nəfər təşki edir.