Türkiyə Silahlı Qüvvələri Egey dənizi və Şərqi Aralıq dənizində "Qətiyyət-2021" təlimlərinə start verib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Bildirilib ki, təlimlər çərçivəsində Quru, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi Komandanlığına aid texnikanın qarşılıqlı fəaliyyətinin, qarşılıqlı dəstək imkanlarının sınaqdan keçirilməsi planlaşdırılır.