Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin 28-ci Adi Ümumi Qurultayında və İxracat Çempionları mükafatı mərasimində çıxış edib.

Bu barədə Unikal.org "Habertürk"ə istinadən xəbər verir.

Dövlət başçısı hər zaman ixracatçıların yanında olduğunu deyib: "Ticarət ancaq mal alıb-satmaq deyil. İxracatçılarımız ticarətlə birlikdə mədəni əlaqələrimizin ən vacib təmsilçiləridirlər".

R.T.Ərdoğan bildirib ki, 17 ölkəyə olan ixracat həcminin 81,5 milyard dollara çatdırmaq əsas prioritetlərdəndir.