Sinqapurda son sutkada 935 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu, ötən ilin aprel ayından sonra qeydə alınan ən yüksək göstəricidir.

Xatırladaq ki, Sinqapur əhalisinin 80%-dən çoxu COVID-19 əleyhinə peyvənd edilib.