Müddətdən artıq xidmət edən hərbi qulluqçu Ülvi İbrahimov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, ötən gün xəstəxanada vəfat edən Ü. İbrahimov Saatlının Qara Nuru kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Ülvi İbrahimovun bir müddət əvvəl Şuşada hərbi avtomobilin aşması nəticəsində yaralandığı və iki aydır komada olduğu bildirilir.