Qazaxıstanın tanınmış idmançılarından olan ağır atlet Albert Linder 25 yaşında dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu barədə Qazaxıstan Ağır Atletika Federasiyasının saytında məlumat yayılıb.

"İstedadlı bir idmançı olan, ağır atlet Albert Linder bu gecə dünyasını dəyişdi. Gənclər üzrə dünya çempionu, Asiya çempionu, Universiadanın qalibi və rekordçusu, Qazaxıstanın dəfələrlə çempionu olmuş Albert inadkarlıq, nizam -intizam və yüksək nailiyyətlərin əldə olunması üçün hamımıza nümunə oldu", - məlumatda deyilir. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Albert Linder, 2013-cü ildə Gənclər üzrə Dünya Çempionatının, 2017-ci ildə isə Asiya Çempionatının qalibi olub.