Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 759 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 252 082 nəfərə çatıb.

Son sutka ərzində Ermənistanda COVID-19-dan 26 ölüm halı qeydə alınıb, bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5101 nəfərə çatıb.