"Doktorlar" serialı ilə tanınan aktrisa Yasemin Özilhan sənətdən uzaqlaşacağını açıqlayıb.

Unikal.org türk mediasına istinadən xəbər verir ki, Yasemin aktrisalığa davam etməyin çətin olduğunu bildirib:

"İndi geri dönmək çətindir. Uşaqlar çəkiliş meydançasında olarkən daim zəng edirlər: "Ana, nə vaxt gələcəksən?". Bu səbəbdən işləmək çox çətindir, sənətimə davam etməyim mümkün deyil".

Qeyd edək ki, İzzet Özilhanla ailə quran aktrisanın Ela və Emina adlı 2 qızı var.