Gürcüstan baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilini "narkoman" adlandırıb.

Unikal.org Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o bu açıqlamanı Saakaşvilini 2 oktyabr seçkiləri öncəsi ölkəyə qayıdacağı ilə bağlı anonsu fonunda verib.

"O, aktiv şəkildə narkotik vasitələr qəbul edir. Qəbul etdiyi dozadan asılı olaraq, onun tonu qalxa yaxud enə bilər"- deyə Baş nazir söyləyib.

Ölkə müxalifəti isə Saakaşvilinin qayıdışını təmin etməyə çalışır.