Sentyabrın 17-də VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayır.

Unikal.org xəbər verir ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri 3 gün davam edəcək. Paralel olaraq Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq. Gizli səsvermə yolu keçiriləcək seçkiləri Mərkəzi Seçki Komissiyası təşkil edir. Komissiyanın sədri Ella Pamfilovadır.