ABŞ prezidenti Co Bayden növbəti dəfə səhvləri ilə dünya mətbuatında gündəm olmağı bacarıb. 

Unikal.org xəbər verir ki,  bu  gün ABŞ, İngiltərə  və  Avstraliyadan ibarət  virtual görüş keçirilib. Görüşdə Asiya-Sakit Okean bölgəsindəki Aukus təhlükəsizlik müqaviləsini müzakirə edilib. 

Videokonfransın sonunda Bayden  İngiltərə  və  Avstraliya nümayəndələrinə təşəkkür edib.  Belə  ki,  o, videokonfrans zamanı  Avstraliyanın baş nazirinin adını unudub.  Çətin anlar yaşayan Bayden nazir Skott Morrisonu "Aşağıdakı adam" deyə  adlandırıb. 

Gülayə  Mecid