Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Unikal.org-un məlumatına görə, prosesdə bildirilib ki, təqsirləndirilən şəxsin vəkili Tərlan Azayev koronavirus infeksiyasına yoluxub.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin vəkilinin iştirakı olmadan proses davam etdirilə bilməz. Bu məqsədlə məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.