ABŞ-da çayın kənarında  tərk edilmiş  iki azyaşlı tapılıb.  

Unikal.org xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və  2 yaşlı qız uşağını tapıblar. Onların kim və  ya kimlər tərəfindən əraziyə gətirildiyi  məlum deyil.

Maraqlısı budur ki, azyaşlıların yanında bir məktub da tapılıb. Məktubu oxuyan mühafizəçilər həyatlarını şokunu keçirdiblər. Belə  ki, məktubda yalnız bir cümlə, "Honduraslı uşaqlar"  sözü yazılıb.  

Polis  uşaqları  nəzarətə  götürüb.  Onların valideynləri  axtarışa verilib. 

Gülayə Mecid